Gəncə sakini yaşadığı evi yandırıb

Gəncə sakini yaşadığı evi yandırıb
09:12 8 Aprel 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncədə ruhi-əsəb xəstəsi, 49 yaşlı Gülmira Səmədova yaşadığı evə  neft tökərək yandırıb. Hadisə dünən axşam saat 21 radələrində şəhərin Qarabağ küçəsi, ev 51 ünvanında qeydə alınıb. Qonşular dərhal  yanğını söndürüb və alovun digər evlərə keçməsinin qarşısını alıblar.

Daha sonra Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Yanğınsöndürənlər hadisə yerinə gəlib və ərazinin təhlükəsizliyini yoxlayıblar. Məlum olub ki,  ümumi sahəsi 60 kv. m olan evin 1 kv. m-i yanıb. Hadisə yerinə Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın həkimləri və polis əməkdaşları da gəliblər. Ruhi-əsəb xəstəsi olan Gülmira Səmədova nəzarətə götürülüb. Qonşuların sözlərinə görə, 49 yaşlı qadın əvvəllər də bu cür hadisələr törədib və xoşbəxtlikdən, hər dəfə yanğının qarşısı alınıb.  Qeyd edək ki, Gülmira Səmədova mənzildə tək yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR