Bakı-Qazax yolunda ağır qəza: 3 yaralı

09:17 8 Aprel 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən bildirir ki, Göygöldə avtoqəzada 3 nəfər ağır yaralanıb.

Hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Hacıməlik kəndindən keçən hissəsində, Zazalı postuna yaxın ərazidə baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 61 yaşlı Telli İbrahimova, 37 yaşlı Nərgiz İlyasova və  30 yaşlı Amid İbrahimov Təcili Tibbi Yardım Xəstəxanasının avtomobili ilə xəstəxananın travmatologiya şöbəsinə gətiriliblər. Yaralıların hər üçü Göygöl rayon Hacıməlik kənd sakinləridir. Onlara ilkin tibbi yardım göstərilib. Telli İbrahimovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Şahidlərin sözlərinə görə,  “VAZ 21015” markalı avtomobil hərəkətdə olarkən qəfildən “KamAZ” markalı yük avtomobili dönmə əməliyyatı edib və "VAZ" arxadan ona çırpılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR