Ağ Evin işığı söndü

Ağ Evin işığı söndü
09:22 8 Aprel 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi paytaxt Vaşinqton və ətraf bölgələrdə elektrik enerjisinin kəsilməsinin terror fəaliyyəti ilə əlaqədar olmasına dair heç bir işarənin olmadığını bildirib.

Anspress-in məlumatına görə, elektrik enerjisinin kəsilməsi nəticəsində Dövlət Departamenti, Ağ Ev, Ədliyyə Departamenti, Kapitoli binası kompleksi və Merilend Universiteti daxil olmaqla bir sıra federal idarələr işıqsız qalıb.

İşığın kəsilməsinə ABŞ paytaxtı Vaşinqton yaxınlığında yerləşən su elektrik stansiyasında transmissiya cihazlarının sıradan çıxmasının səbəb olduğu bildirilir. Elektrik enerjisi yerli vaxtla günorta saat 12:45-də kəsilib. Bunun nəticəsində bir sıra idarələrə elektrik enerjisinin verilməsi dayanıb. Bir sıra idarələrdə generator vasitəsilə elektrikin verilməsi davam etsə də, muzeylər və biznes şirkətlərinin böyük hissəsi bağlanıb.

Vaşinqton şəhər polis idarəsi hadisə ilə bağlı təhqiqatın aparıldığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR