Play Store

Azərbaycan əsgərinin meyiti qaytarılıb

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Azərbaycana qaytarılıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirdiyi tədbirlər nəticəsində noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun tapılmış cəsədi noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycana təhvil verilib.

Prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun vasitəçiliyi ilə Azərbaycan hərbçisinin olduğu ehtimal olunan meyit Ermənistandan Azərbaycana qaytarılıb.

Qeyd edək ki, B. Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıb. //APA

Cəbhədə yoxlama oldu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR