Viktoriya və Albert Muzeyinin direktoru Bakıya gəlir

09:37 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, professor Martin Rot və onu müşaiət edən köməkçisi Yekaterina Taşeva aprelin 8-dən 10-dək Azərbaycanda səfərdə olacaq.
Səfərin əsas məqsədi dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan muzey işçilərinin müasir beynəlxalq muzey təcrübəsindən bəhrələnməsidir.
Qeyd edək ki, Professor Martin Rot aprelin 9-da Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinə baş çəkəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/viktoriya-ve-albert-muzeyinin-direktoru-bakiya-gelir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR