İran nüvə silahı istehsal edə bilməyəcək

09:37 8 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail keçən həftə İsveçrədə əldə olunmuş razılaşmanın ölkəsinə təhlükə törədəcəyini iddia edir
Əldə olunmuş razılıq İranın uran ehtiyatlarını 10 il ərzində nüvə silahı istehsal edə bilməyəcəyi bir səviyyədə saxlanmasına imkan verəcək.

Anspress-in məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

ABŞ-ın ictimai radiosu şirkəti NPR-a verdiyi müsahibədə prezident Obama deyib ki, İran bu müddət ərzində bomba istehsal etmək qabiliyyətinə malik olmayacaq.

Obama bildirib ki, əgər İran sanksiyaların yüngülləşdirilməsindən sonra nüvə silahı istehsalına çalışsa, gələcək prezidentin ölçülər götürmək üçün imkanları olacaq.

Prezident Obama bu açıqlamaları ABŞ və dünyanın beş qüdrətli dövlətinin İranla nüvə proqramına dair əldə edilən razılıqla bağlı tənqidlərlə qarşılaşdığı vaxt verib.

Müsahibədə ABŞ prezidenti İsrailin yekun razılığa İranın İsrailin mövcudluğunu aydın və birmənalı şəkildə qəbul etməsinə dair təəhhüdlərin daxil edilməsi çağırışını qəbul etmədiyini bildirib.

İsrail baş naziri Benyamin Netanyahu bu çağırışı keçən həftənin cümə günü edərək, İran və dünyanın altı qüdrətli dövlətinin əldə etdiyi razılaşmanı kəskin tənqidə məruz qoyub.

Prezident Obama deyib ki, razılaşmanın məqsədi İranın nüvə silahı istehsal etməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, belə bir şərtin qoyulması "İranda siyasi rejim dəyişməyənə qədər heç bir razılaşma imzalanmayacaq" deməyə bərabər ola bilər.

İsrail keçən həftə İsveçrədə əldə olunmuş razılaşmanın ölkəsinə təhlükə törədəcəyini iddia edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR