Rəsmi Bakıdan rədd məktubu

Rəsmi Bakıdan rədd məktubu
09:41 8 Aprel 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi, səfir Yaşar Əliyev Azərbaycanın Dağlıq Qarabağ regionunda mayın 3-də keçirilməsi nəzərdə tutulan, onun ifadəsilə “qondarma parlament seçkiləri” ilə bağlı məktubunu BMT Baş Assambleyasının iclasında təqdim edib.

ANS PRESS-in məlumatına görə, Y.Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini əks etdirən bəyanata uyğun yazılan məktubun iclasın gündəliyinə salınaraq yayılmasını istəyib.

Xarici İşlər Nazirliyinin 2015-ci il 27 fevral tarixli məktubunda Azəbaycanın Dağlıq Qarabağ regionu və 7 rayonun işğal altında olduğu, bölgədə etnik təmizləmə siyasətinin aparıldığı, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün olduğu göstərilir.

Məktubda deyilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycan ərazilərinin işğalı qınanır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunur: "Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkib hissəsini olduğunu təsdiq edib və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, bütünlüklə və qeyd-şərtsiz çıxarılmasına çağırıb. Digər beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış edib."

Səfir məktubu BMT-nin Baş Assambleyasının 69-cu sessiyasının gündəliyinə salınmış “GUAM ölkələrində uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”lə bağlı iclasında təqdim edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=336564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR