​Əfqanıstanda 6 nəfər selin qurbanı olub

​Əfqanıstanda 6 nəfər selin qurbanı olub
09:42 8 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı.8 aprel. REPORT.AZ/ Əfqanıstanın şimalında - Baqlan əyalətində baş verən sel nəticəsində 6 nəfər ölüb.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda əyalətin polis idarəsinin nümayəndəsi Cavid Bəşarat bildirib.
Onun sözlərinə görə, sel nəticəsində çoxlu sayda sakin xəsarət alıb: "Su axını bir neçə vətəndaşımızı aparıb. Axtarış-xilasetmə işləri davam etdirilir".
Təbii fəlakətlərə qarşı mübarizə idarəsinin başçısı Məhəmməd Nasir Kozdaq bildirib ki, yüzlərlə ev su altında qalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-6-nefer-selin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR