Qızıl və avro ucuzlaşıb

Qızıl və avro ucuzlaşıb
09:42 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 7-də Amerika fond bazarında Dow Jones indeksində 0,03% azalma müşahidə olunub və 17 875,42 bənd təşkil edib. S&P 500 0,21% geriləyərək 2 076,33 bənd, Nasdaq isə 0,14% azalaraq 4 910,23 bənd olub.
"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,88% artaraq 6 961,77 bənd, Almaniya DAX-ı 1,30% bahalaşaraq 12 123,52 bənd, Fransa CAC-40-ı isə 1,52% irəliləyərək 5 151,19 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,28% azalaraq 1 210,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0841 (-0,86%) təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dunya-bazarinda-qizil-ve-avro-ucuzlasibyyh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR