Polis günahsız insanı güllələdi - VİDEO - FOTO

Polis günahsız insanı güllələdi - VİDEO - FOTO
09:42 8 Aprel 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da polisin günahsız insanı güllələməsi ilə bağlı yeni iğtişaşlar başlana bilər. Cənubi Karolina ştatında ağrədərili polisin qaradərili şəxsə atəş açaraq onu qətlə yetirdiyi anların əks olunduğu video yayılıb.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, New York Times-ın yaydığı videodakı olay Nort-Çarlton şəhərində, ötən şənbə baş verib.
Polis zabiti, 33 yaşlı Maykl Slecer şossedə yerli sakin Uolter Skottu saxlayıb. Polis buna səbəb kimi Skottun idarə etdiyi "Mercedes" markalı avtomobilin arxa qabarit fənərinin qırıldığını göstərib. Sürücü və polis arasında mübahisə başlanıb.
Slecerin dediyinə görə, onun əlindəki elektroşokeri Skott dartaraq alıb və qaçmağa başlayıb.
 
Slecer də tapançasını çıxararaq Skotta arxadan atəş açıb.
50 yaşlı Uolter Skott ABŞ Sahil Mühafizəsinin sabiq zabiti, 4 övlad atası idi.
 
"O, məni ölümlə təhdid edirdi. Mən də həyatım üçün qorxdum, atəş açdım", - Slecer bildirib.
Fəqət, videoda aydın görünür ki, qaradərili şəxs silahlı olmayıb.
 
Video yayılandan sonra M.Slecer həbs olunub və o, qətldə suçlanıb.
Federal Təhqiqat Bürosu ilə Ədliyyə Nazirliyi istintaqa başlayıblar.
 
Milli.Az
 


Videonu izləmək üçün şəklə klikləyin.
фото



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/25236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR