Avropa Komissiyası internet-mağaza açmağa kömək edəcək

Avropa Komissiyası internet-mağaza açmağa kömək edəcək
09:51 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası onlayn satıcılara, o cümlədən kiçik və orta sahibkarlara internetdə alış-veriş etməyə imkan verəcək təlimat dərc edib. Təlimatda Avropada elektron ticarətin hansı normalar ilə tənzimlənməsi və bu seqmentdə uğur qazanmaq üçün hansı addımları atmağın tələb olunması öz əksini tapıb.
 
Onlayn ticarətdə biznesə başlayarkən, xüsusilə ticarətçi Avropada transsərhəd satışları həyata keçirmək istəyən zaman bütün norma və qaydaların nəzərə alınması tələb olunur. “İnternetdə biznes yaratmaq üçün lazım olan 10 bilik” adlanan qaydalarla Avropa Komissiyasının saytında tanış olmaq mümkündür.
 
Təlimata “Biznes ideyanı necə qorumalı?”, “İnternet saytını necə mühafizə etməli?”, “İnternet mağaza açmaq üçün nə etmək lazımdır?, “Fərdi məlumatların mühafizəsi üzrə qaydalara əməl etməyə necə əmin olmalı?”, “Qanuna riayət etməklə fəaliyyəti necə genişləndirmək olar?”, “Kontraktın qanuna uyğun olmasına necə əmin olmaq olar?”, “Onlayn ödənişlər haqqında nələri bilmək tələb olunur?”, “ƏDV üzrə öhdəlikləri necə yerinə yetirməli?”, “Çatdırılma xidmətləri barədə nələri bilmək lazımdır?”, “Satışdan sonrakı xidmət haqqında nələri bilmək tələb olunur?” kimi bölmələr daxildir, - "Payspacemagazineyazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36065-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR