Marselo vergidən yayındığını etiraf etdi

Vergidən yayınmaqda ittiham olunan "Real"ın futbolçusu Marselo hakim qarşısına çıxıb.

Metbuat.az-ın məlumatına görə, braziliyalı müdafiəçi məhkəmədə 2013-cü ildə 490 min 917 avro vergidən yayındığını qəbul edib. O, 10 dəqiqə sürən məhkəmə prosesində günahını qəbul edərək vergi borcunu ödəyəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl İspaniyada Xavyer Maskerano, Aleksis Sançes, Fabio Koentrau, NeymarJoze Mourinyo vergidən yayındıqlarını qəbul ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR