Suriya üzrə danışıqların

Bu gün Cenevrədə Suriya münaqişəsinin həlli üzrə danışıqların 8-ci mərhələsinə start verilir.

Metbuat.az-ın məlumatına görə, toplantıda əsas diqqət iki məsələyə yönəldiləcək – Suriya konstitusiyasının hazırlanması və onun əsasında seçkilərin keçirilməsi. Lakin bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında bir araya gələn müxaliflər, prezident Bəşər Əsədin keçid dövrünün başlanğıcında istefaya getməsini tələb edir.

Bu üzdən Dəməşq rəsmiləri danışıqlara qatılmaq niyyətində deyil.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR