Bakıda irimiqyaslı Küçə yeməyi festivalı başa çatdı

Bu günlərdə “Baku Street Food Festival - Sweet November” Küçə yeməyi festivalının ikinci yeni mövsümünün bağlanışı olub.

Metbuat.az-ın məlumatına görə, festival şəhər sakinləri və turistlərdə böyük maraq doğurub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real” kulinar layihəsinin dəstəyi ilə təşkil edilmiş dörd günlük festival Bakının qədim hissəsi İçərişəhərdə, paytaxtın rəmzi Qız qalasının ətrafında keçirilib.

Təşkilatçılar öz məhsullarını təqdim edən və müxtəlif yeməklərin məharətlə hazırlanmasını göstərən ən uğurlu vendorlar və tərəfdaşları bir araya gətiriblər.

Təşkilatçıların məlumatında deyilir ki, sinoptiklərin bədbin proqnozlarına rəğmən, Bakının iqlimi fikirdə tutulan hər şeyin həyata keçməsi üçün festival iştirakçılarının hamısına gözəl hava şəraiti bəxş edib: “10 ustad dərsi, 6 müsabiqə keçirilib, 25-dən çox tərəfdaş birləşdirilib, 200-dən artıq hot-doq və burger yeyilib, 20-dən çox qlintveyn çəni içilib, ölkənin 4 ən yaxşı di-ceyi qarşı-qarşıya gətirilib və bütün bunlar maraqlı əyləncəli proqramla müşayiət olunub”.

Əsas məqsəd küçə yeməyinin təkcə tez qəlyanaltı deyil, həm də yeni dadlar və hisslər dünyasına qapı açan bütöv bir mədəniyyət olduğunu nümayiş etdirmək olub./ Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR