​Tramp vergi islahatlarının təsdiqi üçün səyləri artırır

ABŞ prezidenti Donald Tramp ölkənin mürəkkəb vergi qanunları ilə bağlı qanunvericilikdə dəyişikliklərə nail olmaq üçün nüfuzlu respublikaçı senatorlarla görüşüb.

Metbuat.az-ın məlumatına görə, Tramp Tvitter səhifəsində yazdığı mesajında “qanunvericiliyə böyük dəstək verildiyini” qeyd edib.

Qeyd edək ki, sənəddə korporasiyar üçün vergilərin 35 faizdən 20 faizə qədər ixtisar edilməsi və maliyyə vəziyyətindən asılı olaraq hamı deyil, milyonlarla amerikalı üçün vergi dərəcələrinin azaldılması nəzərdə tutulur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR