Bakıda kişini döyüb telefonlarını aldılar - FOTO

Bakıda kişini döyüb telefonlarını aldılar - FOTO
09:52 8 Aprel 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Nizami polisi rayon ərazisində quldurluqla məşğul olan şəxsləri saxlayıb.

APA TV-nin məlumatına görə, paytaxt  sakini Taleh Ağayevə qarşı quldurluq hadisəsi rayonun Çobanzadə 35 ünvanında qeydə alınıb. Belə ki, Ramazanov Sarvan Şəfiyev Şahin əlbir olaraq yolda piyada gedən Taleh Ağayevin qarşısını kəsiblər. Daha sonra Taleh Ağayevi döyərək boğazına bıçaq dirəyib iki mobil telefonunu əlindən alaraq qaçıblar.
 
Taleh Ağayev quldurluqla bağlı polisə müraciət edib.
 
Nizami polisinin apardığı əməliyyat-axtarış tədbirləri zamanı hər iki şəxs saxlanılaraq polis idarəsinə gətirilib. İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/333335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR