Bakı-Qazax magistralında ağır qəza

Bakı-Qazax magistralında ağır qəza
09:56 8 Aprel 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistralında ağır yol qəzası olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Göygöl rayonun Hacıməlik kəndinnən keçən hissəsində Zazalı postuna yaxın ərazidə baş verib.

Sürətlə hərəkət edən “VAZ-21015” markalı avtomobil hərəkətdə olarkən “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Hadisə yük maşınının qəfildən dönmə əməliyyatı etməsi nəticəsində baş verib.

Qəza nəticəsində minik avtomobilində olan 61 yaşlı Telli İbrahimova, 37 yaşlı Nərgiz İlyasova və 30 yaşlı Amid İbrahimov ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS: Ülvi Telmansoy



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR