Play Store

FOTOLAR az öncə gəldi, Kim əmri belə imzaladı... - Tramp hədələdi

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın sonuncu raket sınağı ilə bağlı qısa açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Tramp "Ağ ev"də mətbuat nümayəndələrinə açıqlamasında deyib: “Biz bununla məşğul olacağıq. Bu barədə, general Mattislə uzun danışığımız oldu. Bu, uzun müzakirə nəticəsində qiymətləndirilməli olan məsələdir”.

Daha sonra ABŞ-ın müdafiə naziri Cim Mattis məsələ ilə bağlı fikirlərini açıqlayıb. Pentaqon rəhbəri bildirib ki, Şimali Koreya qitələrarası ballistik raket sınağı keçirib və bu raket əvvəlkilərdən daha yüksəyə uçub. Cənubi Koreyanın da cavab olaraq raket atdığını deyən Mattis, onlarla həmrəy olduqlarını qeyd edib: “Şimali Koreyanın raket sınaqları regional, eyni zamanda da dünyadakı sülhü təhdid edir”.

ABŞ dövlət katibi Reks Tillerson da bu məsələ ilə bağlı yazılı açıqlama yayıb: “ABŞ, Şimali Koreyanın son qitələrarası raket sınağını qınayır. Məsələ ilə bağlı diplomatik variantlar hələ ki, açıqdır. Bunun üçün dinc yol tapmalıyıq".

Qeyd edək ki, Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib. Raket yerli vaxtla noyabrın 29-da səhər saatlarında Pxenson şəhərinin Pxenan-Namdo əyalətindən şərq istiqamətində buraxılıb. Hərbçilərin məlumatına görə, raket Yapon dənizi istiqamətində uçub. Sözügedən raketin 4 min 475 metr yüksəklikdə, 950 kilometr məsafəyə çatdığı deyilir.

Günay Elşadqızı / METBUAT.AZ

Şahzadə sərbəst buraxıldı - Səudiyyə Ərəbistanı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR