Play Store

İLK DƏFƏ: 30 qırıcı, 50 tonluq bombalarla hava hücumu - Terrorçuların sonu...

Türkiyə qırıcı təyyarələri İraqın şimalındakı Asos bölgəsində yerləşən PKK terror təşkilatına hava zərbələri endirib.

Metbuat.az xəbər verir ki, Bərzaninin referendum yolu ilə ölkəni bölmək cəhdinin ardından təsis edilən Türkiyə-İraq-İran əməkdaşlığı bəhrəsini verməyə başlayıb. Türkiyə Silahlı Qüvvələri (TSQ), İraq və İran ilə terrorla mübarizə və kəşfiyyat əməkdaşlığı çərçivəsində ilk dəfə terrorçulara hava zərbələri endirib.

TSQ-nın açıqlamasına görə, hava hücumuna 30-a yaxın qırıcı təyyarə qatılıb. İraq hava sahəsinə daxil olan qırıcı təyyarələr ard-arda hədəfə yönələrək, terrorçuların olduğu bölgəyə 50 ton ağırlığında 60-a yaxın bomba atıb. Terrorçu qruplara aid sığınacaqlar, mağara və tunellər məhv edilib. Geniş əməliyyata yanacaqdoldurma və havadan nəzarət təyyarəsi də dəstək verib.

Asos bölgəsinə hazırlanan basqın Süleymaniyə şəhərində həyəcana səbəb olub. Hava hücumlarının şiddəti yaxın kəndlərdə evlərin pəncərələrinin qırılmasına səbəb olub.

İraqın şimalındakı Zap və Metina ərazilərdə terror aktı törətməyə hazırlaşan 8 terrorçu da hava hücumu ilə zərərsizləşdirilib. İki mağara məhv edilib.

Aysel Yaqubqızı / Metbuat.az

Kataloniya separatçıları Brüsseldə etiraz aksiyası keçirməyə hazırlaşırlar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR