Londonu bu oğurluq silkələdi - FOTO

Londonu bu oğurluq silkələdi - FOTO
10:17 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Londonun mərkəzi küçələrindən birində yerləşən məşhur zərgərlik dükanına hücum edən quldurlar 300 depozit yeşiyini sındıraraq zinət əşyalarını oğurlayıblar.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Hatton Qardenn səmtindəki "Hatton Garden Safe Deposit Ltd" zərgərlik butikində yaşanıb.
Polisdən verilən məlumata görə, qudurlar butiki Pasxa bayramı günlərində yarıblar.
 
Onlar butikin yerləşdiyi binaya girmək üçün lift şaxtasından istifadə ediblər. Daha sonra siqnalizasiya sistemini söndürən cinayətkarlar ağır kəsici avadanlıqlar vasitəsilə dəmir "seyf" qapıların qıfıllarını və cəftələrini doğrayaraq depozitlər anbarına giriblər.
 
Quldurların 33 milyon funt-sterlinqlik daş-qaş və zinət əşyaları oğurladıqları deyilir. Aparılan daş-qaş arasında 500 min funt-sterlinq dəyərində nadir almaz da var.
 
Milli.Az
 













Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/25218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR