Play Store

Piyadaların vurulması halları artıb - Necə edək ki, yolda ölməyək?

Statistikaya əsasən, Azərbaycanda piyadaların avtomobillə vurulması halları ümumi yol-nəqliyyat hadisələrinin 67%-ni təşkil edir.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ xidmət etdikləri idarə və nazirlik rəhbərliyini narahat edir:

“Piyadalarla bağlı tərəfimizdən təbliğat işləri həyata keçirilsə də, hadisələr baş verir. Üstəlik, piyada vurulma hadisələrinin əksəriyyəti piyada keçidlərinin yaxınlığında baş verir. Hadisələri araşdıran zaman bunun piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hesabına baş verdiyi ortaya çıxır. Bu günə kimi keçirilən tədbirlər nəticəsində 84 mindən artıq piyada saxlanılıb. “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir. Bu maddənin tələbləri pozulursa, piyadalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunaraq, 20 manat məbləğində cərimə olunurlar. Bu gün bəzi piyadalar avtomobil yolunu keçərkən diqqətsizliyə yol verirlər. Məsələn, qulaqlıqdan istifadə, yaxınlaşan nəqliyyat vasitəsinin qarşısından qaçmaq çox vaxt yol-nəqliyyat hadisələrinə səbəb olur. Xoşa gəlməyən faktlardan biri də yaşlı adamların azyaşlı uşaqların əlindən tutaraq istədikləri yerdən yolu keçməsidir. Bu, ciddi narahatçılıq yaradır”.

Xəyalə Məmmədova / Metbuat.az

Bakı səhəri bu acı xəbərlə açdı - İki tələbə qız... – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR