İqtisadi Əməkdaşlıq Təşkilatı Günü münasibətilə sərgi - FOTOLAR

Pakistan Xarici İşlər Nazirliyi İslamabad şəhərində tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Günü münasibətilə sərgi təşkil edib.

Azərbaycanın Pakistandakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, sərgidə səfirliyimiz də iştirak edib. Pakistanın Planlaşdırma Komissiyasının sədr müavini, sabiq xarici işlər və maliyyə naziri Sartac Əzizin, Pakistan Milli Assambleyası Xarici İşlər komitəsinin sədri Maxdum Xusro Bəxtiyarın, Pakistan Senatının Xarici İşlər komitələrinin sədri xanım Nuzhat Sadiqin, Pakistan Xarici İşlər katibi Təhminə Cancuanın, xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatlarınvə aparıcı media nümayəndələrinin qatıldığı sərgidə İƏT üzvü olan ölkələrin səfirlikləri öz ölkələrinin siyasi tarixini, mədəniyyətini, iqtisadi vəziyyətini əks etdirən materiallar nümayiş etdiriblər.

Tədbirdə çıxış edən S.Əziz, M.Xusro Bəxtiyar, N.Sadiq və T.Cancua İƏT-in yaranma və inkişaf tarixindən, təşkilatın region ölkələrinın siyasi, iqtisadi və mədəni əməkdaşlığında, həmçinin sülh və təhlükəsizliyin qorunmasında oynadığı mühüm roldan danışaraq, mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Daha sonra, sərgiyə təşrif gətirənlər İƏT üzvü ölkələrin sərgi masalarını ziyarət ediblər. Azərbaycanın Pakistandakı Səfirliyinin sərgiyə çıxardığı Azərbaycanın dövlətçilik tarixini, iqtisadi inkişafını, mədəni dəyərlərini təcəssüm etdirən kitablar, fotoşəkillər və suvenirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Günay Elşadqızı / METBUAT.AZ

“Xocalı soyqırımı Çexiya parlamentinin qərarında əksini tapıb” - SƏFİRLƏ MÜSAHİBƏ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR