XƏBƏRDARLIQ:  Respublikanın bəzi yollarını buz bağlayıb

XƏBƏRDARLIQ:  Respublikanın bəzi yollarını buz bağlayıb
19:19 9 Yanvar 2015
154 Sosial
Ölkə mətbuatı
A- A+

Baş Dövlət Yol Polisi İdarəsi bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumat yayıb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yağan qar respublikanın bəzi yollarında buzlaşmaya səbəb olub: “Yağan qar nəticəsində Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı istiqamətlərində avtomobil yollarının müəyyən hissələrində buzlaşma qeydə alınıb”.

 

Sürücülərdən avtomobillərdən göstərilən istiqamətlərdən mümkün qədər az istifadə etmələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR