“Asiyanın Qəlbi” - İstanbul Prosesi - Nazirlər konfransı keçiriləcək

Sabah “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, konfrans 30 noyabr – 1 dekabr tarixlərində Bakıda baş tutacaq. 7-ci nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən və bu prosesə dəstək verən ölkələr və beynəlxalq təşkilatlar iştirak edəcəklər. Nazirlər konfransından əvvəl noyabrın 30-da yüksək səviyyəli rəsmilərin iclası keçiriləcək.

“Asiyanın Qəlbi” - İstanbul Prosesi “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi” - İstanbul Prosesinin həmsədri və 7-ci nazirlər konfransının ev sahibi kimi Azərbaycan ikitərəfli əsasda, İstanbul Prosesi çərçivəsində və eləcə də çoxtərəfli platformalarda Əfqanıstandakı sabitlik, sülh şəraitində quruculuq və inkişafı dəstəkləyəcək.

Günay Elşadqızı / METBUAT.AZ

İqtisadi Əməkdaşlıq Təşkilatı Günü münasibətilə sərgi - FOTOLAR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR