Televiziya binasının önündən 2 insan başı tapılıb - Meksikada

Meksikanın Quadalaxara şəhərində yerləşən televiziya binasının önündən 2 insan başı tapılıb.

Metbuat.az xəbər verir ki, kimə aid olduğu bilinməyən başlar binanın yanındakı soyuducuya atılıb. Şəhərin başqa bölgəsində yerləşən soyuducuda isə şübhəli çanta və təhdid mesajı tapılıb.

Yerli media, bu mesajla məhkəmə hakiminin təhdid edildiyini açıqlayıb.

Hadisə ilə bağlı Meksikanın ən güclü narkotik mafiası “CJNG” şübhəli bilinir.

Aysel Yaqubqızı / Metbuat.az

İstanbul Universitetində yanğın - VİDEO

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR