Adı korrupsiyada hallanan general intihar etdi - Çin

Çin Respublikasının rəhbəri Si Cinpinin göstərişi ilə başlamış korrupsiyaya qarşı mübarizə istintaqı çərçivəsində ittiham olunan general Çanq Yanq intihar edib.

Metbuat.az-ın məlumatına görə, ordu komandanlığında yer alan Çanq Yanq, Pekindəki evində ölü tapılıb. O, ölkənin hərbi siyasətinə istiqamət verən Çin Kommunist Partiyasının Hərbi Komissiyasında vəzifəsinə görə 6-cı dərəcəli şəxs olub.

Onun haqqında daha əvvəl adı korrupsiyada hallanan iki generalla əlaqəsi olduğuna görə istintaq başladılmışdı. Çinin rəsmi xəbər agentliyinin məlumatına görə, həmin general rüşvət almaqda şühbəli idi. “Xalqın Qurtuluş Ordusu” qəzetinin xəbərində deyilir ki, Çanq intihar edərək məsuliyyətdən qaçıb.

Günay Elşadqızı / METBUAT.AZ

FOTOLAR az öncə gəldi, Kim əmri belə imzaladı... - Tramp hədələdi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR