Play Store

Son iki ildə müasirləşən Nardaran - Görülən işlər / FOTOLAR

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində geniş quruculuq-abadlıq işləri aparılıb. Qəsəbə ərazisi yenidən qurulub. Qəsəbənin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində ilk olaraq ərazinin mərkəzi küçələri yenidən qurulub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən (ASC) Metbuat.az-a verilən məlumata görə, qurum tərəfindən Abşeron və Nəsrulla Əsgərov küçələri yenidən qurulub. Uzunluğu 2,2 km, eni isə 8 metr olan Abşeron küçəsi genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Küçədə gediş-gəlişə mane olan obyektlər köçürülərək obyekt sahiblərinə kompensasiya ödənilib. Küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri (qaz, işıq, rabitə, su və kanalizasiya) çəkilib, köhnələri isə tamamilə təzələnib.

Küçə boyu hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Səkilərin 8800 m2 sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib. Ümumilikdə, küçənin 40 min m2 sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Qəsəbə mərkəzindən Nardaran pirinə gedən Nəsrulla Əsgərov küçəsinin uzunluğu 850 metr, eni isə 6 metr olduğu halda, küçə genişləndirilərək 16 metrə çatdırılıb. Həmin küçədə də 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağı yaradılıb. Hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, səkilərin kənarlarına 1500 paqon-metr səki daşı düzülüb, küçənin 13 500 m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənin və ikitərəfli işıqlandırma dirəkləri quraşdırılıb.

Qurumdan verilən məlumata görə, qəsəbə ərazisində aparılan abadlıq və yenidənqurma işlərinə işçi qüvvəsi kimi Nardaran sakinlərindən istifadə edilib və onlarla işsiz şəxs işlə təmin edilib. Aparılan quruculuq-yenidənqurma işləri çərçivəsində Nardaran sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəsəbə ərazisində Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi inşa edilərək istifadəyə verilib. Bölmə əməkdaşlarının səyi nəticəsində qəsəbədə ictimai-siyasi durum tam nəzarətə götürülüb, əhalinin təhlükəsiz yaşayışına şərait yaradılıb.

Bundan başqa, qəsəbədə əhalinin asudə vaxtlarını keçirməsi üçün müasir tipli Mədəniyyət Sarayı, sakinlərin poçt xidmətindən rahat istifadəsi üçün Poçt Şöbəsi istifadəyə verilib.

Qəsəbədə fəaliyyət göstərən “Rəhiməxanım Ziyarətgahı", uzun müddət baxımsız qaldığı üçün aşınmaya məruz qalan, qədim tarixi memarlıq abidələri olan məsciddə təmir işləri aparılıb və əhalinin istifadəsinə verilib. Hazırda qəsəbə dindarları həmin məscidlərdə ibadətlə məşğul olurlar.

Son iki ildə Nardaran qəsəbəsində işsizliyin aradan qaldırılması ilə bağlı ardıcıl tədbirlər görülərək onlarla işsiz işlə təmin edilib.
Hava proqnozu açıqlandı, sabahdan qar başlayır... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR