Prokurorluq orqanlarına işləmək istəyənlərin nəzərinə

Prokurorluq orqanlarına işləmək istəyənlərin nəzərinə
10:29 8 Aprel 2015
57 Sosial
Ölkə mətbuatı
A- A+

Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

 

Sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu yekunlaşdırıldıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.

 

Müsabiqə ilə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat almaq olar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR