Play Store

"ABŞ-ı İranı bombalamağa məcbur edirdilər" - Con Kerri

ABŞ-ın keçmiş xarici işlər naziri Con Kerri iki il öncə İsrail və Misirin rəsmi Vaşinqtonu müharibəyə təhrik etdiyini etiraf edib.

Metbuat.az xəbər verir ki, İsrailin “Haaretz” qəzeti keçmiş nazirin etiraflarını yayımlayıb.

Kerri, İsrail və Misirin rəsmi Tehran ilə 2015-ci ildə imzaladığı nüvə sazişindən əvvəl Vaşinqtonu İranı bombalamağa təhrik etdiyini deyib.

Kerrinin sözlərinə görə, bir çox ölkələrin kral və prezidentləri, eləcə də İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ı müharibəyə təhrik edənlər arasında olub.

Con Kerri deyib ki, sözügedən yönləndirmələr Obama idarə üsuluna qurulan tələ olub.

Aysel Yaqubqızı / Metbuat.az

Adı korrupsiyada hallanan general intihar etdi - Çin


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR