Play Store

Azərbaycanda fahişəliklə məşğul olan kişilərə - AĞIR CƏZA

Tacikistan prokurorları ölkənin fahişəlik əleyhinə qanununa "yüngül əxlaqlı kişilər” termininin əlavə olunmasını istəyirlər.

Hazırda qüvvədə olan qanun bu cinayətə görə yalnız qadınları məsul sayır. Lakin yeni qanunvericilik homoseksualların və başqa seksual azlıqların da məsuliyyətə cəlb edilməsinə imkan verəcək. Bu tədbirdə məqsəd cinsi yolla yayılan xəstəliklərin qarşısının alınması, habelə seksual azlıqların özlərinin müdafiəsidir.

Azərbaycanda "yüngül əxlaqlı kişilər”lə bağlı qanunvericiliyin yaradılması məsələsinə münasibət bildirən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib ki, kişilərə də bu fəaliyyət növü qadağan olunmalıdır:

“Fahişəliklə məşğul olmaq inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinə əsasən, bu cür şəxslər 100 manat cərimə olunur. Lakin ayrı-ayrı dövlətlərdə bu məsələyə münasibət fərqlidir. İspaniyada gecə saatlarında fahişəliklə məşğul olan qadınlara dövlət tərəfindən xüsusi gödəkçələr paylanılır. Bu şəxslər gecə saatlarında digər insanlardan seçilmək üçün həmin gödəkçələri geyinirlər. Geyinməyənlər isə 50 avro cərimə olunur. Türkiyədə qadınların gecə vaxtı küçəyə çıxaraq bu fəaliyyət növü ilə məşğul olması qadağandır. Bəzi ölkələr isə bundan turizm inkişafında istifadə edir. Dövlət bu yolla gəlir əldə edir. Yəni, fahişəlik bir növ leqallaşdırılır. Hollandiya, Macarıstan və bir sıra Avropa ölkələri bu sıradadır. Lakin bu fəaliyyət növünə qarşı sərt cəzalar tədbiq olunan ölkər də az deyil. Məsələn, İranda fahişəliklə məşğul olan insanlara qarşı ölüm cəzası nəzərdə tutulub”.

Vəkil əlavə etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, cinsindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir:

“Bu rakursdan baxsaq, fahişəlik fəaliyyəti ilə məşğul olan qadınlarla yanaşı kişilər də məsuliyyətə cəlb olunmalıdır. Dünyada fahişəliklə məşğul olan kişilər də var. Onlar pul və digər maraqlar müqabilində öz bədənlərini satırlar. Onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Fikrimcə, fahişəlik fəaliyyəti ilə məşğul olan kişilərin məsuliyyətə cəlb edilməsi düzgün fikirdir. Çünki qanun qarşısında hamı bərabərdir. Qadınların bu fəaliyyət növü ilə məşğul olması qadağan olunubsa, kişiyə də qadağan olunmalıdır. Bu, gender bərabərliyinin təmin olunması baxımından da düzgün olardı. Qanunvericilik baxımından da mümkün olan bir məsələdir. Subyektiv fikrim, kişilərə qarşı münasibətdə bu məsuliyyətin nəzərdə tutulması daha yaxşı olardı”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün - ŞAD XƏBƏR – oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR