İş adamı siyasətə görə intihar etdi

İş adamı siyasətə görə intihar etdi
10:32 8 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində namizəd ola bilməyən iş adamı intihar edib
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə “Rixos Ankara” otelində qeydə alınıb. Tanınmış iş adamı Cəlal Ayrançı hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyinin irəli sürülməsi üçün sənədlərini təqdim edib. Partiyanın dünən açıqlanan siyahısında adının olmadığını görən Cəlal Ayrançı tapança ilə başından atəş açaraq, özünü öldürüb.

Hadisə ilə bağlı açıqlama verən nazir Cevdet Yılmaz faktla bağlı araşdırma aparıldığını deyib. Nazir hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı fikir söyləməyin tez olduğunu vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR