Play Store

Azərbaycan 11-ci yerdədir - İnternet istifadəçilərinin sayına görə

Hazırda ölkədə 50-dən çox internet provayder fəaliyyət göstərir.

Bunu Metbuat.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, internet texnologiyaları ölkəmizin sosial-iqtisadi sisteminin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib.

Azərbaycanda internetin inkişafına xüsusi diqqət verilir. İnternet infrastrukturu daim inkişaf etdirilir. Bu sahədə sağlam rəqabət mühiti formalaşdırılır. Hazırda, ölkədə 50-dək internet provayder fəaliyyət göstərir. İnternet provayderlərin fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) tələb edilmir. İnternetə çıxış üçün sabit (ADSL və Optik) və simsiz rabitə texnologiyalarından istifadə olunur. Mobil internet geniş yayılmaqdadır. İstifadəçiləri, xüsusilə də uşaqları internet təhlükələrindən qorumaq məqsədi ilə operator və provayderlər tərəfindən təhlükəsiz internet xidməti verilir.

Son on ildə Azərbaycanın qlobal internet şəbəkəsinə qoşulma sürəti 100 dəfə artırılaraq 600 GB/san. Çatdırılıb, internetin qiyməti 80 dəfə aşağı salınıb. İldən ilə internetə qoşulan ev təsərrüfatlarının, təhsil və səhiyyə müəssisələrinin sayi artır. Ölkə əhalisinin 78%-i internet istifadəçisidir.

Beynəlxalq internet kanallarının ümumi tutumu 2017-ci ildə 580 Gb/s-yə çatdırılıb.

BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının “The State Of Broadband 2016: Broadband Catalyzing Sustainable Development” hesabatında Azərbaycan internet istifadəçilərinin sayına görə 191 ölkə arasında 36-cı, inkişaf etməkdə olan ölkələr arasında isə bu göstərici üzrə Azərbaycan 145 ölkə arasında 11-ci yeri, internetə qoşulmuş ev təsərrüfatında sayına görə isə 13-cü yeri tutub.

Nazirlikdə dövlət orqanları, qeyri-hökumət təşkilatları, İnternet provayderlərin nümayəndələrindən ibarət “İnternetin inkişafı üzrə Koordinasiya Şurası” fəaliyyət göstərir və ölkəmizdə internetin inkişafı ilə bağlı müxtəlif məsələləri mütəmadi olaraq şurada müzakirə edilir.

Ölkəmizdə internetin inkişafına yönəlmiş bir çox irimiqyaslı layihələr həyata keçirilməkdədir. Bunlardan ən başlıca genişzolaqlı internet infrastrukturunun inkişaf etdirilməsi, “FTTx” texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Hazırda, bu istiqamətdə Bakıda və bölgələrdə geniş miqyaslı işlər aparılır.

Həmçinin, "İctimai WiFi" layihəsi uğurla həyata keçirilir. Layihə çərçivəsində turistlərin və əhalinin daha çox istirahət etdiyi yerlər pulsuz " WiFi " ilə təmin edilib. Hazırda, Dənizkənarı Milli Park daxil olmaqla paytaxtın 17 parkında artıq internetdən pulsuz istifadə imkanı yaradılıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda fahişəliklə məşğul olan kişilərə - AĞIR CƏZA – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR