Azərbaycanlılar “off-roading” yarışında (VİDEO)

10:41 8 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqtonda azərbaycanlıların iştirakı ilə “off-roading” yarışı keçirilib. ANS TV-nin məlumatına görə, “off-roading” yarışına başlamazdan əvvəl təkərlər boşaldılır. Hər gün Vaşinqtonun düz yollarını sürmək bəzi çılğın sürücülər üçün cəlbedici deyil. Ona görə, də içlərindəki dəliliyi göstərmək və adrenalin yaşamaq istəyənlər daha enişli-yoxuşlu, palçıqlı, dar, çuxurlu yolları, meşəlikdə sıx ağacların arasını, təpəlikləri seçirlər. Həftə ərzində yığılan gərginliyin həftə sonunda atmaq üçün park dəlisov sürücülər üçün ən əlverişli məkandır. Birləşmiş Ştatlarda yaşayan azərbaycanlı gənclər də amerikalılarla birlikdə yarışmaq üçün həftə sonu parka yığışırlar.

Amerikada yaşayan Şahin Ələkbərov də artıq 1 ildir ki “off-roading” həvəskarıdır. Şahini bu yarışa cəlb edən səbəb burada sürətin yox, adrenalinin olmasıdır. O deyir ki, kənarda maşını sürətli idarə edib qəza törətməkdənsə belə yerlərdə sürətə olan həvəsi azaltmaq olur.

Heç də bütün sürücülər hər manedən üzü ağ çıxmırlar. Təbii ki, burada sürücülərin peşəkarlığı da öz sözünü deyir. Ən çətin yollardan azərbaycanlı gənclər peşəkərcasına keçə bildilər. Amma ilişib qalanlar da olur. Sürücüləri isə qarşıda daha çətin sınaq gözləyirdi.

“Off-roading” həvəskarları məhz bu cür qayalıqları və uçurumları keçmək üçün maşınlarına əlavə detallar belə qoyurlar. Məqsəd isə öz içlərində olan çılğınlığı şəhərin mərkəzində, şose yollarında yüksək sürətlə idarə etməklə çıxartmaq əvəzinə bu parkda maneələri aşmaqla çıxarırlar. Bu əyləncə növünü isə off-roaderlər həm idman, həm də öz həyat tərzlərinə çeviriblər. Burada yaşanaları isə yalnız maşının içərisində olanlar bilər.

Mənbə
ANS TV - Rita Ömərova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR