Mayda 4 gün iş olmayacaq

Mayda 4 gün iş olmayacaq
10:51 8 Aprel 2015
308 Ölkə
Ölkə mətbuatı
A- A+

May ayında 4 gün qeyri-iş günü olacaq.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, gələn ay, 9 may faşizm üzərində qələbə günü istirahət gününə təsadüf etdiyi üçün növbəti 2 gün ərzində də - 10 və 11 mayda da qeyri iş günləri olacaq. Nəticədə 9, 10 və 11 may tarixləri qeyri-iş günləridir. Həmçinin 28 may - Respublika Günü də qeyri-iş günüdür.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü, 11 may istirahət günü hesab olunur. 9 may şənbə gününə düşdüyü üçün, Əmək Məcəlləsinə əsasən növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR