Misirdə irimiqyaslı əməliyyat -

Misirin İsmailiyyə əyalətində təhlükəsizlik əməkdaşlarıyla silahlılar arasında şiddətli toqquşma baş verib.

Metbuat.az-ın məlumatına görə, nəticədə 11 silahlı məhv edilib.

9 nəfər isə nəzarətə götürülüb. Polisin itkiləri barədə açıqlama verilməyib. Bildirilir ki, hüquq-mühafizə orqanları bir qrup şəxsin silahlı təlimlər keçdiyinə dair məlumat əldə edib.

Lakin düşərgəyə daxil olmağa cəhd göstərən polis əməkdaşlrı ciddi müqavimətlə üzləşib. Nəticədə toqquşma qaçılmaz olub. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu açıqlanmır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR