Məhkəmə zamanı zəhər içən general həyatını itirdi -

Bu gün Haaqa beynəlxalq tribunalında keçirilən keçmiş Yuqoslaviya işi üzrə dinləmələrdə qeyri-adi hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, törətdiyi hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilən xorvat general Slobodan Pralyak, qərarın elan edilməsindən dərhal sonra maye qəbul edib.

O bildirib ki, içdiyi zəhərdir və bu yolla qərara etiraz etmək istəyir. Bu hadisədən sonra tribunal işini yarımçıq dayandırıb və general həkim nəzarətinə götürülüb.

Xorvatiya televiziyasının məlumatına görə, generalın həyatını xilas etmək mümkün olmayıb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR