​İspaniyada qatarın qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 22-yə çatdı

İspaniyanın cənubunda sərnişin qatarı qəzaya uğrayıb.

Metbuat.az-ın məlumatına görə, Malaqadan Sevilyaya istiqamət götürən qatarın relsdən çıxması nəticəsində 22 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların köməyinə ilk olaraq yaxınlıqdakı fermerlər çatıb, onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisənin baş verməsinə səbəb aramsız yağışların relsləri sürüşkən hala salmasıdır. Qəzaya uğrayan qatarda ümumilikdə 79 sərnişin olub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR