İsrail hərbçiləri İordan çayının qərb sahilində

İsrail hərbçiləri İordan çayının qərb sahilində 23 fələstinlini nəzarətə götürüb.

Metbuat.az-ın məlumatına görə, saxlanılan şəxslər terror fəaliyyətində təqsirli bilinirlər. Reydlər zamanı hər hansı ciddi insident baş verməyib. Qeyd edək ki, İsrail ordusu İordan çayının qərb sahilində və Şərqi Qüdsdə tez-tez reydlər keçirir. Fələstin mənbələrinin məlumatına görə, hazırda Israil həbsxanalarında 7 minə qədər fələstinli saxlanılır. Onlardan 57-si qadın, 300-ü uşaqdır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR