“LUKoil” şirkətinin gəlirləri 86,2 faiz artıb

Rusiyanın “LUKoil” neft şirkətinin bu ilin doqquz ayındakı xalis mənfəəti 298,3 milyard rubl (5,11 milyard dollar) təşkil edib.

Metbuat.az xəbər verir ki, hesabat dövründə “LUKoil” şirkətinin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 86,2 faiz artıb. Şirkətin faiz və vergilər daxil olmayan mənfəəti isə 11 faiz artaraq 607 milyard rubl olub.

Bu ilin ilk doqquz ayı ərzində “LUKoil”un kapital xərcləri 4,6 faiz artaraq 373,8 milyard rubl təşkil edib.

Qeyd edək ki, “LUKoil” dünya neftinin təxminən 2 faizinin istehsalını həyata keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR