Türkiyə ordusu İraqın şimalında 80 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalında PKK terror təşkilatının mövqelərinə endirilən hava zərbəsinin nəticələrini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Asos bölgəsində baş tutan əməliyyat nəticəsində 80-dən çox terrorçu məhv edilib.

Məlumata əsasən, terrorçulara məxsus silah anbarı və iki ədəd zirehli texnika məhv edilib.

Yaralanan terrorçuların sayı çox olduğu üçün ölənlərin artacağı istisna edilmir.Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR