Böyük pişik yırtıcını ovladı - FOTO

Böyük pişik yırtıcını ovladı - FOTO
11:05 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Pişiklərin suyu sevmədikləri, suya girmək istəmədikləri deyilir. Lakin Şimali Amerikada yaşayan pumalardan biri belə "davranış"dan kənara çıxır.
 
ABŞ-ın Florida ştatındakı Vero-Biç şəhərinin yaxınlığında, "Sebastian Inlet State Park"da puma okean sahilinə yaxınlaşaraq suda üzən köpəkbalığını tutub.
 
Milli.Az WPTV-yə istinadən bildirir ki, puma köpəkbalığını dartaraq qumsallığa çıxarıb və parçalayaraq yeməyə hazırlaşıb.
Con Beyli baş verənlərin fotolarını çəkirdi.
 
Sahildəki adamı görəndə puma köpəkbalığını buraxaraq yaxınlıqdakı meşəliyə qaçıb.
 
"Busch Wildlife Sanctuary" qoruğunun direktoru Emi Kaytın dediyinə görə, pumanın köpəkbalığını ovlaması çox nadir hadisədir: "Bu "böyük pişik"lər adətən suya girmirlər, sudan qaçırlar. Lakin görünür, puma çox ac olduğundan olduqca təhlükəli "şikar"ı ovlamaq qərarına gəlibmiş".
 
Milli.Az
 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/25332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR