Nazirin birinci müavini: " İlk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb"

Nazirin birinci müavini: " İlk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb"
11:06 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Azerfon” şirkəti yeni “Nar Garden” brend konsepsiyasına uyğun SİM kartlarını və ödəniş kartlarını satışa çıxarıb və dükanlarının dizaynını yeniləyir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni “Nar” loqosunun və “Nar Garden” brend konsepsiyasının media nümayəndələri üçün təqdimatında rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib ki, “Azerfon” şirkəti Azərbaycan mobil rabitə bazarına sonuncu daxil olan operator olduğu üçün onun bu bazarda fəaliyyəti daha çətin olub.
 
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən  ilk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb. Bu kontekstdə digər operatorlar kimi, “Azerfon” şirkətinə də güzəştlər təqdim edilib. Digər iki mobil operatorlarda ilkin mərhələdə yeni operatorun bazarda yer tutmasına kömək ediblər. Artıq bu gün “Azerfon” LTE texnologiyası üzərindən daha keyfiyyətli xidmət göstərilməsi mümkündür. Hazırda  Azərbaycanda stasionar, mobil, peyk rabitəsi sahəsində dayanıqlı şəbəkələr yaradılıb və bir telefon üzərindən bütün düşünə biləcək xidmətlərdən istifadə realdır”,- deyə nazir müavini bildirib.

Öz növbəsində şirkətin rəhbəri Kent Maknili bildirib ki, ötən il şirkətin şəbəkəsində 25 faizlik artım qeydə alınıb.

“Bizim əsas fəaliyyətimiz və inkişafımız dörd istiqamət üzrə həyata keçirilir. Bu şəbəkənin təkmilləşdirilməsi, abunəçilərimizin marağına uyğun şəkildə tarif siyasətinin aparılması, innovasiyaların tətbiqi və təşviqi, müştəri xidmətlərinin daim yaxşılaşdırılmasıdır. Hesab edirəm ki,  biz bu sahələrdə yetərincə uğur qazanmışıq”,- deyə şirkətin rəhbəri qeyd edib.
 
Aynur Vəliyeva
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36071-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR