Dövlət Komitəsindən mürəbbə və kompot AÇIQLAMASI

Dövlət Komitəsindən mürəbbə və kompot AÇIQLAMASI
11:09 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Dövlət Statistika Komitəsi ev təsərrüfatlarının sənaye fəaliyyəti haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, ötən ilin oktyabr-noyabr aylarında Dövlət Statistika Komitəsi tərəfindən ölkənin bütün rayonlarını əhatə etməklə “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair” birdəfəlik statistik müayinə keçirilib. 

 


Müayinəyə 9579 ev təsərrüfatı cəlb edilib. Ev təsərrüfatlarından 5559-u (58,0 faiz) şəhər, 4020-si (42,0 faiz) kənd yaşayış məntəqələrini əhatə edib. 


İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar: emal edilmiş süd – 418,5 min ton, təzə çörək – 392,1 min ton, ət istehsalı (quş əti daxil olmaqla) – 137,6 min ton, süd məhsulları – 102,5 min ton, meyvə və tərəvəz konservləri – 43,4 min ton, kompot – 40,9 min ton, mürəbbə və cem – 32,5 min ton, tort, pirojnalar və digər şirniyyat məmulatları – 28,8 min ton, meyvə və üzümdən alınan spirt – 94,1 min dekalitr, şərab – 59,5 min dekalitr, xalça və xalça məmulatları – 1,0 min kv.metr olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR