Play Store

Türkiyə ordusu Afrin əməliyyatına hazırlığa başladı

Ötən gün keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Suriyada qarşıdurma və gərginliyi azaltmaq üçün İdlibdəki müşahidə missiyasına bənzər əməliyyatın Afrində də həyata keçirilməsinə qərar verməsindən sonra Türkiyə ordusu Suriya sərhədinə yeni qüvvələr göndərib.

Metbuat.az-ın məlumatına görə, Qaziantepin İslahiyə bölgəsindən vaqonlarla daşınan hərbi nəqliyyat vasitələri arasında əsgərləri daşıyan hərbi maşınlar da var. Bunun Afrinin PYD terror təşkilatından azad edilməsi üçün hazırlıq olduğu iddia edilir.

Türkiyə ordusunun Afrin əməliyyatına başlaya biləcəyi ehtimalından sonra, YPG-ABŞ xəttində də hərəkətlilik müşahidə olunur. Bölgədəki mənbələrin verdiyi məlumata görə, ABŞ, Menbiç və Kobanidəki qüvvələrini 2 gündür Fərat çayının şərqinə tərəf çəkməyə başlayıb.

Günay Elşadqızı / METBUAT.AZ

Tramp sözünü tutmadı, Türkiyə hər an Afrinə girə bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR