Zorla öpüşə görə həbs cəzası

Zorla öpüşə görə həbs cəzası
19:28 9 Yanvar 2015
266 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

Qonşu qadını nərdivanda zorla öpən kişi məhkəmə tərəfindən 2,5 il həbs cəzasına məhkum edilib.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə Türkiyənin Ərzurum vilayətində baş verib.

17 illik qonşu olan və adları çəkilməyən şəxslərin məhkəməsi ilk dəfə 2009-cu ildə keçirilib. O zaman hakim 8,4 il həbs cəzası vermişdi. Lakin müdafiə tərəfinin şikayəti üzrə yuxarı instansiyalı məhkəmə qərarı dəyişib.

Qeyd edək ki, öpülən 45 yaşlı qadının 3, öpən 57 yaşlı kişinin 5 uşağı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR