Maşınlarda pərdə və plyonkadan istifadəyə icazə veriləcək

Maşınlarda pərdə və plyonkadan istifadəyə icazə veriləcək
11:17 8 Aprel 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sürücülərə may ayından pərdə və plyonkadan istifadəyə icazə veriləcək
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR