Tikinti bazarında nə ucuzlaşıb, nə bahalaşıb?

Tikinti bazarında nə ucuzlaşıb, nə bahalaşıb?
11:17 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Manatın ucuzlaşması və dolların dəyərinin yüksəlməsi ilə əlaqədar ölkəmizə xaricdən idxal olunan tikinti materialları bahalaşıb.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlaxda əvvəllər 170 manata satılan taxtanın 1 kubu hazırda 200 manatadır. Taxta tavan örtüklərinin qiymətlərindəki artım  50 qəpik - 1 manat aralığındadır. Az öncə 5 manata satılan lambrin örtüklər alıcılara 5 manat 30 qəpiyə təklif  edilir. Rusiya istehsalı olan armaturlar 5 qəpik qiymət artımı ilə 1 manat 65 qəpiyə satılır. Satıcı Rauf Salmanov deyir ki, idxal olunan bir sıra digər metal məmulatlarının qiymətində isə 10-30 qəpik aralığında artım var.

Yerli istehsal olan tikinti materialları isə bahalaşmayıb. Növündən asılı olaraq, əvvəllər 4 manat 30 qəpik, 6 manat aralığında satılan sementlər indi də müştərilərə eyni qiymətə təklif olunur. 5 manata satılan dəmir dam örtüklərinin qiyməti də dəyişməyib. Əvvəllər 4 manat 80 qəpiyə satılan 3 metrlik kauçuk boruları hazırda da eyni qiymətə almaq mümkündür. Ölçüsündən və keyfiyyətindən  asılı olaraq, metal qapıların qiymətləri əvvəlki kimi 450-600 manat aralığında dəyişir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR