Azərbaycan və Avropa İttifaqı qonşuluq siyasətinə dəyişiklikləri müzakirə edəcək

Azərbaycan və Avropa İttifaqı qonşuluq siyasətinə dəyişiklikləri müzakirə edəcək
11:17 8 Aprel 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Hanın bu gün başlayan Bakı səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı qonşuluq siyasətinə dəyişikliklər müzakirə olunacaq.

Trend-in Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı tərəflər Azərbaycan və Aİ arasındakı əməkdaşlığın inkişafı məsələlərini, mayda Riqada keçirilməsi gözlənilən “Şərq Tərəfdaşlığı” sammitini, Aİ-nin qonşuluq siyasətinə dəyişikliklər mövzusunu müzakirə edəcəklər.

Y.Hanın səfəri aprelin 9-na qədər davam edəcək.

“Şərq Tərəfdaşlığı” Aİ-nin layihəsi olub özündə Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Gürcüstan və Belarusla inteqrasiya əlaqələrinin inkişafını ehtiva edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR