Azərbaycanda futbolçuların həbs dalğası başladı - YENİLƏNİR

Premyer Liqanın XIII turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyunu böyük qalmaqala səbəb olub. Belə ki, oyunun satılması ilə bağlı məlumat yayılıb.

Metbuat.az məsələ ilə bağlı “Neftçi” FK ilə əlaqə saxlamağa çalışıb. Komandanın mətbuat xidmətinin nümayəndəsi zəngimizə cavab versə də, oyunun satılması ilə bağlı sualı eşitdikdən sonra telefonu söndürüb.

Qeyd edək ki, "Keşlə” futbol klubunun iki futbolçusu – Nizami HacıyevMirhüseyn Seyidov hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. Hər iki oyunçu danışılmış oyunlarda şübhəli bilinir.

Klub prezidenti Zaur Axundov "Yeniçağ.az" saytına açıqlamasında faktı təsdiqləyib. O, qeyd edib ki, hazırda yarımmüdafiəçilər barəsində araşdırma aparılır. Fakt öz təsdiqini tapacağı halda, Seyidovla Hacıyev cəzalandırılacaqlar.

Zaur Axundov qeyd edib ki, adıçəkilən futbolçularla bağlı hüquq-mühafizə orqanlarına məlumat klub tərəfindən verilməyib. O, futbolçuların harada saxlanılmasından xəbərsiz olduğunu söyləyib.

İnternetin sürəti ilə bağlı RƏSMİ AÇIQLAMA - Bakının 16 parkında... – Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR