Play Store

Sumqayıtda ev yanıdı - 14 sakin təxliyə olundu

Sumqayıt şəhərində 4 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 kv.m sahədə və divar kağızı 4 kv.m sahədə yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tovuz: Arvadına görə qardaşını döydü - Dəhşətli hadisə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR